Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə ölüm hökmünün tətbiqi referenduma çıxarıla bilər

Türkiyədə ölüm hökmünün tətbiqi referenduma çıxarıla bilər

Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə bununla bağlı referendum keçirilə bilər. Bunu Manisa əyalətində keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən dedim ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edərəm. Lakin problem ondadır ki, belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Əgər xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq”, – deyə Ərdoğan bildirib.

Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın