Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə məşhur siyasi nəşrin iki redaktoru həbs olundu

Türkiyədə məşhur siyasi nəşrin iki redaktoru həbs olundu

Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları həftəlik, siyasi-ictimai “Nokta” jurnalının iki redaktorunun hakimiyyətə qarşı silahlı mübarizəyə çağırışlarına görə həbs ediblər.

Oxu.az xəbər verir ki, bu barədə nəşrin saytı məlumat yayıb.

İstintaqın ittihamları üçün əsas ölkədə keçirilən seçkilərdən sonra buraxılan nəşrin növbəti nömrəsinin üz qabığı olub.

Burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti çap olunub. Portretin altında “Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanması” ifadəsi verilib.

Jurnalın baş redaktoru Cövhər Güvən və xəbərlər redaktoru Murat Kapan həbs edilib. Onlar hakimiyyəti devirməkdə ittiham olunurlar.

Nəşrin son nömrəsinin bütün nüsxələri satışdan çıxarılıb, jurnalın saytı isə bağlanıb.

“Nokta” jurnalı Türkiyə ərazisində qadağan edilib.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın