Ana səhifə / İqtisadiyyat / Türkiyədə keçiriləcək “G-20” sammitini ABŞ hərbi təyyarələri qoruyacaq

Türkiyədə keçiriləcək “G-20” sammitini ABŞ hərbi təyyarələri qoruyacaq

Bu il noyabrın 15-16-da Antalyada keçiriləcək “G-20” ölkələri liderlərinin zirvə toplantısı ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, toplantı iştirakçıları yerdən, havadan və dənizdən güclü mühafizə olunacaq. Hətta, fövqaladə vəziyyət üçün Antalya hava limanında “F-16” döyüş təyyarələri də hazır vəziyyətdə saxlanılacaq. Bundan əlavə, Böyük Britaniyada ABŞ-a məxsus hərbi aerodromdan İncirlik hava qüvvələri bazası ilə birbaşa əlaqəda olan “F-15C Eagle” döyüş təyyarələri də mühafizə əməliyyatlarına dəstək verəcək. Bununla əlqədar olaraq toplantı günləri ətraf hava xətləri ilə uçuşlar dayandırılacaq.

Antalya valisi Muammer Türker bildirib ki, toplantıda iştirakı planlaşdırılan 13 min insanın təhlükəsizliyinin təmin olunmasına 12 min polis və jandarma qüvvələri cəlb edilib. O, “G-20” zirvə toplantısının Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Sammitlə əlaqədar Türkiyənin hava limanlarında da yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilir”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın