Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə güclü zəlzələ – Xəsarət alan var + Foto +Yenilənib

Türkiyədə güclü zəlzələ – Xəsarət alan var + Foto +Yenilənib

Türkiyənin Muğla sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 01.30-da Muğla sahillərində, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində hələki məlumat yoxdur.

***

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət alanların əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən və pəncərədən atılan şəxslərdir.  Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub.



Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın