Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə FETÖ-yə bağlı nəhəng holdinqə qəyyum təyin olundu

Türkiyədə FETÖ-yə bağlı nəhəng holdinqə qəyyum təyin olundu

Anadolu Respublika Baş Prokurorluğu FETÖ/PYD təşkilatına maliyyə yardımı etmək iddiası ilə apardığı istintaq çərçivəsində AKFA Holdinqə bağlı 22 şirkətə qəyyum təyin olunmasına qərar verib.

Avropa.info xəbər verir ki, qəyyumlar TMSF sığorta fondu işçiləri arasından təyin olunub. Prokurorluğun AKFA Holdinqə bağlı 44 alt şirkətə qarşı apardığı istintaq işi isə davam edir. Prokuror cinayət işində adı keçən şirkətlərə qəyyum təyin edilməsini tələb edib.

Fətullah Gülən Camaatına bağlı holdinq malları qeyri-qanuni yolla satdığını, yığılan pulları isə Bank Asya yolu ilə göndərərək vergidən yayındığı müəyyən edilib.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın