Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha bir referendum keçirilə bilər

Türkiyədə daha bir referendum keçirilə bilər

“Türkiyənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə bilər”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. O, ölkənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə biləcəyini istisna etməyib.

“16 aprel referendumundan sonra biz Avropa İttifaqına daxil olmaqla bağlı danışıqların davam etdirilib-etdirilməməsi barədə referendum keçirə bilərik” — Ərdoğan bəyan edib.

Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı arasında münasibətlər Almaniya və Hollandiya rəsmilərinin türkiyəli nazirlərin referendum öncəsi bu ölkələrdəki türklər qarşısında çıxış etməyə imkan verməmələrindən sonra gərginləşib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın