Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha 3 nəfər “donuz qripi”ndən öldü

Türkiyədə daha 3 nəfər “donuz qripi”ndən öldü

Türkiyədə H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı artır.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, yanvarın 9-da daha 3 nəfər bu virusun qurbanı olub.
“Donuz qripi” əlamətləri ilə İstanbul Kartal Dr. Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən 57 yaşlı Səbri Ö., 46 yaşlı Rəmziyə T. və 87 yaşlı Mustafa C. həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
44 yaşlı Volkan B.-nin müalicəsi isə davam etdirilir.
Bununla da, bu il Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 16-ya çatıb.
İstanbulla yanaşı, Türkiyənin digər yerlərində də vətəndaşların “donuz qripi” şübhəsi ilə xəstəxanalara müraciəti artıb.
Diyarbəkirdə iki, Əskişəhərdə isə bir nəfər “donuz qripi” şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …

Bir cavab yazın