Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə azarkeşlərə qoyulmuş qadağa aradan götürülüb

Türkiyədə azarkeşlərə qoyulmuş qadağa aradan götürülüb

Türkiyədə Klublar Birliyinin (TKB) növbəti yığıncağı keçirilib.

Apasport.az saytının məlumatına görə, qurumun indiki sədri Göksel Gümüşdağ və İdarə Heyətinin postunda qalmasını məqsədəuyğun sayan TKB üzvləri bir sıra önəmli qərarlar da qəbul edib.

Tədbirdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Gümüşdağ “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor” və “Bursaspor”un öz aralarında keçirilən səfər oyunlarına azarkeş aparmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Artıq yeni mövsümdən prinsipial oyunları qonaq azarkeşlər də stadiondan izləyə biləcək.

Qurum rəhbəri bildirib ki, bu addım 15 iyul hadisələrindən sonra vətəndaşlar arasındakı birliyi tribunalarda da nümayiş etdirmək məqsədi daşıyır: “İnanırıq ki, bu 5 klubun azarkeşlərinin oyunları bundan sonra yan-yana izləməyinin vaxtı çatıb. Bu birlik və bərabərlik 15 iyul şəhidlərindən sonra daha böyük önəm kəsb edir. Buna ehtiyac olduğuna da inanırıq”.

Televiziyalara müraciət edən Gümüşdağ oyunlar zamanı yaşanan xoşagəlməz halları yayımlamamağa da çağırıb. Bundan başqa, Klublar Birliyi Türkiyə kubokunu 15 iyul şəhidlərinin xatirəsinə həsr etmək istəyir. Bu məqsədlə qurum Türkiyə Futbol Federasiyasına da müraciət edəcək.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın