Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə azərbaycanlı rektor kürd partiyasının liderindən prokurorluğa şikayət

Türkiyədə azərbaycanlı rektor kürd partiyasının liderindən prokurorluğa şikayət

Türkiyənin Giresun universitetinin azərbaycanlı rektoru, professor Aygün Attar Türk Hüquq İnstitutunun rəhbəri, vəkil Ali Çelikkaya ilə birlikdə Ankara prokurorluğuna gedərək kürd partiyası HDP-nin başqanı Selahettin Demirtaşa qarşı şikayət ərizəsini təqdim edib.

Rektor şikayət ərizəsində Demirtaşın Moskvaya səfəri zamanı verdiyi açıqlamaların, habelə bu günlərdə Azərbaycanın əleyhinə işlətdiyi ifadələrin və Qarabağdakı döyüşlər barədə fikirlərinin cinayət tərkibli olduğunu göstərib. Attar və vəkili hesab edir ki, kürd lider Türkiyə dövlətinə qarşı müharibəyə təhrik edib, etnik düşmənçiliyi qızışdırıb.

Attar jurnalistlərə açıqlamasında deyib ki, Selahettin Demirtaş Rusiya qırıcısının Suriya ilə sərhəddə vurulmasından sonra Moskvaya səfər edib və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu görüşün mətbuata açıq hissəsində Türkiyə dövlətinin əleyhinə

danışıb, xarici dövlətin rəsmilərini Türkiyəyə qarşı müharibəyə təhrik edib.

Habelə Demirtaş aprelin 5-də Türkiyə parlamentindəki çıxışında Azərbaycanı “ermənilərə qarşı qətliam”da günahlandırıb, “Dağlıq Qarabağ respublikası” ifadəsi işlədib, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. Virtualaz.org

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın