Ana səhifə / İqtisadiyyat / “Türkiyədə 2 mindən çox Azərbaycan iş adamı qlobal səviyyədə fəaliyyət göstərir”

“Türkiyədə 2 mindən çox Azərbaycan iş adamı qlobal səviyyədə fəaliyyət göstərir”

Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub.

Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib.

Sədrin sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 13 milyard dollardır.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi 1,7 milyard dollar təşkil edib, cari ilin ilk beş ayı ərzində isə – 759,4 milyon dollar.

“Hal-hazırda Türkiyə bazarında şirkət açan 2 mindən çox Azərbaycan iş adamı var və onlar qlobal səviyyədə fəaliyyət göstərir. Bu arada, Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir”, – deyə Akat bildirib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …