Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə 17 min nəfərə yaxın şəxs həbs edilib

Türkiyədə 17 min nəfərə yaxın şəxs həbs edilib

Hərbi çevrilişə cəhddən sonra 76100 nəfər işdən çıxarılıb.
Türkiyədə hərbi çevrilişə cəhddən sonra həbs edilən və işdən çıxarılan şəxslərin sayı açıqlanıb.
Oxu.Az Hürriyet-ə istinadən xəbər verir ki, daxili işlər naziri Əfqan Ala bildirib ki, FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 76100 dövlət qulluqçusu işdən azad olunub.
Ə.Ala sözlərinə əlavə edib ki, 5171 nəfər tutulub, 16899 nəfər isə həbs edilib. Həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokurordur.
Daxili işlər naziri qeyd edib ki, 7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər isə tam sərbəst buraxılıb.
Ə.Ala onu da qeyd edib ki, 9-u general olmaqla, 190 hərbçi və 96 polis axtarışdadır.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın