Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə və Rusiya bir-birini vuracaq – Gözlənilən itkilər

Türkiyə və Rusiya bir-birini vuracaq – Gözlənilən itkilər

Türkiyə – Rusiya münasibətlərinin gərginləşməsi hər iki ölkənin xərcini artıracaq.

 

Axar.az xəbər verir ki, bu proqnozla iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. Ekspertin fikrincə, yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə təsirsiz ötüşməyəcək:

 

“Tərəflər arasında mövcud olan fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində perspektiv əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq”.

 

Ekspert hesab edir ki, bu hadisədən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq:

 

“Rusiyalı turistlərin Türkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirəcək. Bu, Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Lakin bu münasibətlər qarşılıqlı olduğundan, Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək.

 

Türkiyə ilə başlanacaq yeni iqtisadi müharibə onsuz da sanksiyalardan və neft qiymətlərinin ucuzlaşmasından zəifləyən və ildən ilə kiçilən Rusiya iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir”.

 

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın