Ana səhifə / İqtisadiyyat / Türkiyə təhlükədə: 2 aya ölkəni xaos bürüyəcək

Türkiyə təhlükədə: 2 aya ölkəni xaos bürüyəcək

“Xaos əslində, Türkiyə cəmiyyətinə xaricdən ötürülür”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov deyib.

O, Türkiyədəki hadisələrin ölkə daxilində narahatlıq fenomeni yaratdığını bildirib:

“Həqiqətən də Türkiyədə həyəcanlı hadisələrin bütöv zənciri var. Enerji verilişinin dayanması, terror aktları, əsirlərin götürülməsi, hücumlar qeyri-müəyyənlik və narahatlıq atmosferi yaradır. Bu, qəribə şəkildə ümumi regiondakı xarici siyasi vəziyyətlə də bağlıdır. Türkiyə və İran arasında ziddiyyətlərin artması, Qərblə olan çətinliklər, Moskva ilə münasibətlərə can atmaq buna şərait yaradır. Belə bir fikir var ki, Türkiyə hakimiyyəti dəyişən dünyaya uyğunlaşmaq, şəraitin xaotik şəkildə dəyişməsindən xeyir götürmək istəyirlər. Buradan bir neçə məntiq çatışmazlığı və ardıcıllıq pozulması var. Xaos əslində, Türkiyə cəmiyyətinə xaricdən ötürülür. Biz ölkənin daxili təhlükəsizlik sistemində bir zəifləmə müşahidə edirik. Aydındır ki, hadisələrin bu tip gedişində Ərdoğanın düşmənləri maraqlıdır. Belə ki, onlar parlament seçkisindən istifadə etməklə 2015-ci ilin iyununda daxili iğtişaşlar hazırlaya bilərlər”.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın