Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə sərhədini pozan rus pilotunu İran hərbçiləri xilas edib

Türkiyə sərhədini pozan rus pilotunu İran hərbçiləri xilas edib

Türkiyənin hava sərhədini pozan Rusiyanın “Su-24” hərbi təyyarəsinin sağ qalan pilotunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qolu, “Qüds”ün komandanı Qasım Süleymaninin başçılıq etdiyi dəstə xilas edib.

“Report” xəbər verir ki, bu haqda İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, pilotun xilas edilməsi ilə bağlı birinci əməliyyat uğursuz olub. İkinci əməliyyat isə Q.Süleymaninin başçılığı ilə keçirilib və uğurla başa çatıb. Pilot Rusiyanın Suriyadakı hərbi hava bazasına aparılıb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın