Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiyanın turizm sektorunu diz çökdürdü

Türkiyə Rusiyanın turizm sektorunu diz çökdürdü

Rusiya hökuməti dekabrın 30-da verdiyi qərarla 19 turizm operatorunun adını federal reyestrdən çıxarıb.

Vesti.ru bunu Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Turinaya istinadən bildirir.

“Gərək bunu dekabrın 30-da, müştərilərin tətilə hazırlaşdığı və ya yola çıxdığı vaxt etməzdilər. Bizim müştərilərin hüquqları pozulub və lazım gələrsə aidiyyatı qurumlara müraciət edcəyik” – deyə İ.Turina narazılığını ifadə edib.

Bir sıra operatorlar ya Türkiyənin yurisdiskiyası ilə, ya da Türkiyə vətəndaşlarının rəhbərliyi altında fəaliyyət göstərirdlər.

Bu ilin noyabrında Türkiyə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsini vurduqdan sonra iki dövlət arasında münasibətlər pisləşdi. Bu səbəbdən Türkiyənin Rusiyada tikinti, turizm və s. sahələrdə fəaliyyətinə qadağalar qoyuldu.

O cümlədən turizm şirkətlərinə Türkiyə səfərlər təşkil etmək yasaqlandı.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın