Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiyanın 4 gəmisini saxladı

Türkiyə Rusiyanın 4 gəmisini saxladı

Türkiyənin Samsun limanında Rusiyanın 4 yük gəmisi saxlanıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” internet qəzeti məlumat yayıb.

Türkiyə KİV-ləri hadisənin təfərrüatları barədə ətraflı məlumat vermir. Lakin gəmilərin saxlanmasının Türkiyə-Rusiya münasibətlərinin son günlər gərginləşməkdə davam etməsi ilə bağlı olduğu istisna deyil.

Qeyd edək ki, Rusiyanın Su-24 bombardmançısının Türkiyənin hava məkanında türk F-16-ları tərəfindən vurulmasından sonra iki ölkə arasında faktiki olaraq əsəb müharibəsi gedir. Bu gərginlik qarşılıqlı sanksiya və təhdid dolu bəyanatlarla müşayiət olunur.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın