Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə rusiyalı pilotun cəsədini qaytaracağını bildirib

Türkiyə rusiyalı pilotun cəsədini qaytaracağını bildirib

Türkiyə bildirir ki, Suriya ilə sərhəddə vurulmuş Rusiya təyyarəsinin pilotunun cəsədini əldə edib.

Podpolkovnik Oleq Peşkovun cəsədi Rusiyaya geri qaytarılacaq, baş nazir Ahmet Davutoğlu bildirib.

Türkiyə qüvvələri təyyarənin ölkənin hava məkanını pozduğunu bildirərək təyyarəni vurmuşdu. Rusiya isə bunu təkzib edir.

Hadisə iki ölkə arasında kəskin ritorikaya səbəb olub. Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildirib.

Digər pilot isə sağ qalıb və xüsusi əməliyyat nəticəsində Suriyadakı üsyançılardan xilas edilib.

Şənbə günü Prezident Putin Türkiyədən idxal, Rusiyadakı Türkiyə şirkətləri və Rusiyada çalışan türkiyəlilərlə bağlı fərman imzalayıb.

Fərmanda həmçinin iki ölkə arasında çarter reyslərinin dayandırılmasına çağrılır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan hadisəyə görə Rusiyadan üzr istəməkdən imtina edib.

Cümə günü o, Moskvanı Suriyadakı əməliyyatı zamanı “odla oynamamağa” çağırıb. Lakin şənbə günü o, hadisəyə görə “təəssüfləndiyini” bildirib.

Türkiyə ilə Rusiyanın əhəmiyyətli iqtisadi əlaqələri var. Rusiya Türkiyənin ikinci böyük ticarət tərəfdaşıdır. Keçən il Türkiyəyə üç milyondan artıq rusiyalı turist gəlib. BBC

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın