Ana səhifə / İqtisadiyyat / Türkiyə pilotun cəsədini ruslara qaytardı

Türkiyə pilotun cəsədini ruslara qaytardı

Türkiyə “Su-24” tipli təyyarənin vurulması nəticəsində həlak olan pilotunun cəsədini Rusiyaya təhvil verib.
Oleq Peşkovun nəşi hazırda Esenboğa hava limanındadır və yaxın vaxtlarda təyyarə ilə Rusiyaya yola salınacaq. Bu barədə AzVision.az “Hurriyet Daily News”-a istinadən xəbər verir.
Nəşr qeyd edir ki, rus pilotun cəsədi Hatay vilayətindən Ankaraya gətirilib və o, paytaxtda bir gün klinikalardan birində saxlanılıb. Cəsədin konkret olaraq kimə təhvil verilməsi barədə məlumat verilmir.
Rusiyanın Ankaradakı səfirliyi bu faktı nə təkzib nə də təsdiq edib.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın