Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə parlamentinin vitse-spikeri saxlanıldı

Türkiyə parlamentinin vitse-spikeri saxlanıldı

Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan bir qədər əvvəl həbs olunan kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri və deputatları ilə birlikdə Ankarada saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə HDP partiyasının nümayəndəsi bildirib.

Məlumata görə, saxlanılma terrorçu fəaliyyətinin istintaqı çərçivəsində həyata keçirilib. Pərvin Buldan PKK ilə əlaqəsi olmaqda şübhəli bilinir. Xatırladaq ki, P.Buldan 2013-cü ildə İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalana baş çəkib.

Qeyd edək ki, HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ ötən gecə həbs olunublar.
Onlardan başqa Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.

Həbslər Ankara, Diyarbəkir Mardin və digər şəhərlərdə keçirilib.
DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın