Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Ordusu Suriyaya girir

Türkiyə Ordusu Suriyaya girir

Türkiyənin Suriyaya hərbi müdaxilə planı hazırlanıb. Publika.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Çankaya Köşkündə keçirilən “Suriya böhranı” toplantısında ordunun Suriya torpaqlarına müdaxilə planı müzakirə edilib. Plana görə, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Cerablus vilayətində İŞİD terror ruplaşmasının nəzarətinə son qoyularaq qərbə doğru 110 kilometrlik təhlükəsizlik xətti yaradılacaq. “Yeniçağ” qəzetinin Ankara nümayəndəsi Əhməd Takanın xəbərinə görə, Ərdoğan və baş nazir Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrindən Suriya torpaqlarına daxil olmasını istədikdən sonra ilk etiraz Xarici İşlər Nazirliyindən gəlib. Bildirilib ki, hərbi müdaxilə üçün ABŞ və koalisiya gücləri, həmçinin Rusiya, İran və Dəməşq rejiminin razılaşması lazımdır. Baş nazirlikdəki mənbələrin verdiyi məlumata görə, Əhməd Davudoğlu Cerablusa müdaxilə üçün Baş Qərargaha yazılı əmr göndərib. Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr daha əvvəl hazırladığı alternativ planlara görə işlərini davam etdirir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın