Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə ordusu nəyə qadirdir?

Türkiyə ordusu nəyə qadirdir?

Rusiya bombardmançı təyyarəsinin vurulmasının ardınca, bir neçə saatın ərzində Moskva və Ankara arasında yaxşı münasibətlər məhv oldu. Hazırkı münasibətlərin səviyyəsi o dərəcədə aşağıdır ki, Rusiyas siyasətçiləri hərbi münaqişənin mümkünlüyündən söz açırlar.

Rusiya dövlət ierarxiyasında dördüncü şəxs – Dövlət Dumasının spikeri Sergey Narışkin deyib ki, Rusiya Türkiyənin hərəkətlərinə hərbi cavab vemək haqqını özündə saxlayır. Vladimir Jirinovski isə ümumiyyətlə, Türkiyəyə nüvə zərbəsinin endirilməsinə işarə edib.

“İstanbulu məhv etmək çox asandır: boğazlara bircə nüvə bombası atmaq kifayətdir ki, şəhər suyun altında qalsın” – deyib Jirinovski “Qovorit Moskva” radiosuna.

Öz növbəsində Türkiyənin baş naziri Ahmet Davutoğlu bəyan edib ki, Ankara öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün bundan sonra da əlindən gələni edəcəkdir. Prezident Recep Tayyip Erdoğansa deyib ki, Türkiyə qırıcıları qüvvə və vasitə tətbiq edilməsinin bütün qaydalarına riayət edib.

Bu bəyanatlar Suriyadakı Rusiya hərbi birləşmələrinin uzaqmənzilli zenit kompleksi S-400 sistemi ilə gücləndirilməsi və “Moskva” raket kreyserinin Latakiyadakı hərbi hava bazasına yaxınılaşması fonunda səslənirdi.

Image copyrightReuters
Image captionRusiya Suriyadakı aviasiya bazasında S-400 zenit kompleksini yerləşdirib

Su-24 ilə bağlı insident və hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi Türkiyə sərhədinin yaxınlığında yerləşən aviasiya bazası rayonunda vəziyyəti daha da gərginləşdirib.

Bəs görəsən, Türkiyə silahlı qüvvələri nə dərəcədə döyüş qabiliyyətlidir? Rusiya Narışkinin dediyi kimi təyyarə insidentinə hərbi güclə cavab vermək iqtidarındadırmı?

Müxtəlif qiymətlərndirmələrə görə, Türkiyənin silahlı qüvvələri dünyada ən qüdrətli ordulardan biridir. Bu ordu Rusiya və ya Qərbdə olduğu qədər yüksək texnologiyalı olmasa da, çoxsaylı və yaxşı hazırlıqlıdır.

Bundan başqa, Türkiyə əlverişli coğrafi məkanda yerləşir və NATO üzvüdür. Məhz bu, Ankaranın hərbi gücünü qiymətləndirərkən ilk növbədə nəzərə alınmalı faktordur.

Lakin münaqişənin dünya miqyasınadək eskalasiya edilməsi Alyansa əl vermir, çünki bu zaman nüvə müharibəsi riski arta bilər.

NATO-da ikinci, dünyada onuncu

Hər hansı bir ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətini qiymətləndirmçək (ələlxüsus da iki ordunun müqayisəli qiymətləndirilmnəsini aparmaq) son dərəcə mürəkkəb məsələdir və bu zaman son dərəcə çox sayda faktor və şəraitlər nəzərə alınmalıdır. Buna baxmayaraq, nüvə silahı nəzərə alınmazsa, Türkiyə 1952-ci ildə daxil olduğu NATO ölkələri arasında döyüş potensialına görə ABŞ-dan sonra ikinci orduya malikdir.

Global Power indeksində Türkiyə dünyanın ən döyüş qabiliyyətli ordularının ilk onluğunda sonuncu yeri tutur. Bu indeksdə Rusiya ABŞ-dan sonra ikinci yerdədir.

Image copyrightAFP
Image captionTürkiyənin əksər tankları bu M60 kimi artıq köhnəlib

Bu reytinq canlı qüvvə və texnikanın sayı, ÜDM, maliyyə vəziyyəti və hətta elektrik enerjisi istehsalı kimi faktorları nəzərə alır.

Global Power indeksinə görə, Türkiyənin silahlı qüvvələrində 400 min əsgər vardır. Rusiyada bu rəqəm 760 mindən çoxdur. Türkiyədə ehtiyatda olan hərbçilərin sayı 185 min, Rusiyada isə 2, 4 milyondan çoxdur.

Türkiyənin Hərbi Hava Qüvvələri say baxımından da Rusiyadan geri qalır. Türkiyənin 1020 döyüş təyyarəsi var. Rusiyada döyüş təyyarələrinin sayı az qala 3, 5 mindir. Qırıcıların nisbəti müvafiq olaraq 223 – 769-dur.

Bu təyyarələrdən 168-i F-16 qırıcısıdır və ABŞ lisenziyası ilə Türkiyədə yığılıb. D tipli 40 təyyarə Block 50 proqramı əsasında modernizasiya edilib.

Bunlar 4+ kateqoriyasına aid müasir təyyarələrdir və döyüş keyfiyyətlərinə görə Rusiyanın Latakiyadakı hərbi bazada mənzillənmiş Su-30SM təyyarələrindən geri qalmır. Rusiya Latakiyaya 15-dək belə təyyarə gətirib. Türkiyənin qalan qırıcı təyyarələri F-4 modifikasiyasından olan köhnəlmiş modellərdir.

Quru qoşunlarıı müqayisə edərkən üstünlük Rusiya tərəfində daha da çoxdur. Məsələn, Türkiyə ordusunda 3778 tank var (onlardan təxminən 300-ü müasir Leopard 2, qalanları isə nisbətən köhnəlmiş Leopard 1, M60, M48 modifikasiyalarını təmsil edir). Rusiya ordusunun 15 min tankı var.

Türkiyənin Hərbi Dəniz Donanması (HDD) da, Rusiyanın dəniz qüvvələrindən geri qalır. Türkiəynin 115, Rusiyanın isə 352 gəmisi var.

Türkiyənin yerüstü hava hücumundan müdafiə sistemləri, əməliyyat-taktiki raket kompleksləri də Rusiyanınkından xeyli zəifdir. Bununla yanaşı, Türkiyə ordusunun ixtiyarında kifayət sayda yüngül zirehli texnika, reaktiv, özüyeriyən və yedəklənən artilleriya var.

Siyasi coğrafiya

Özü özlüyündə bu rəqəmlər iki ölkənin qüvvələri arasında nisbəti tam əks etdirmir, çünki bu müqayisə bir çox faktorları nəzərə almır. Bunlardan biri də ölkələrin coğrafi məkanıdır.

Məsələn, Qara dənizdə Rusiyanın cəmi bir raket kreyseri, bir böyük təyyarədaşıyanı (Rusiyada bunlara sualtı qayıqlara qarşı kreyserlər deyilir), üç uzaq məsafəli keşikçi gəmisi, 6 kiçik təyyarə gəmisi, dörd kiçik raket gəmisi və iki dizel sualtı qayığı var. Türkiyə HDD-sinə isə 16 freqat, səkkiz korvet və 13 dizel mühərrikli sualtı qayıq daxildir.

Türkiyənin silahlı qüvvələri bir regionda cəmləşdirilib. Türkiyə regional miqyasda böyük ölkə olsa da, onun sərhədlərinin uzunluğu Rusiyanın sərhədlərinin uzunluğundan xeyli azdır.

Türkiyə donanmsı, məsələn, iki dənizdə – Egey və Qara dənizlərdə dislokasiya olunub. Bu dənizlər coğrafi anlamda üzbəüz yerləşir.

Türkiyə üçün əlverişli olan ən böyük faktor Bosfor və Dardanel boğazlarıdır. Bu boğazlar Qara dəniz donanmasının Aralıq dənizinə keçməsi üçün yeganə yoldur.

Image copyrightAP
Image captionTürkiyə Hərbi Hava Qüvvələri F-16 qırıcıları ilə silahlanıb

Türkiyə bu boğazların hər ikisi üzərində nəzarətə malikdir və vəziyyətin gərginləşəcəyi təqdirdə Türkiyənin onları bağlayaraq Rusiyanın Suriyada və Aralıq dənizindəki qüvvələrinin yolunu kəsmək imkanı Moskvada çoxlarını narahat edir.

Hərbi gəmilərin boğazlardan keçməsi 1936-cı il Montrö Konvensiyası ilə tənzimlənir. Bu sənədə əsasən, müharibə vəziyyətində Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilər üçün bağlamaq ixtiyarına malikdir.

Lakin rəsmən elan edilmiş müharibə Şimali Atlantika Alyansının kollektiv təhlükəsizlik mexanizmini avtomatik işə salacaq. NATO nizamnaməsinin 5-ci maddəsinə görə, alyansın bir üzvünün üzərinə hücum, bütün digər üzvlərin üzərinə də hücum sayılır. Belə olduqda, Türkiyə ilə müharibə edən hər hansı ölkə NATO silahlı qüvvələri ilə üzləşməli olacaq.

Rusiyanın bu hərbi-siyasi blokla toqquşması heç bir tərəfə sərf etmir, çünki Rusiyanın nüvə silahı var və münaqişə nüvə müharibəsinə çevrilə bilər.

Döyüş hazırlığı

İstənilən münaqişənin gedişatına ciddi təsir edən faktorlardan biri də ordunun döyüş hazırlığı və hərbi qulluqçuların psixoloji durumudur.

Ekspertlərin hesablamalarına əsasən, Türkiyə ordusu döyüş hazırlığına görə regionun və dünyanın ən güclü ordularından biridir. Bu ordu NATO standartları ilə təlimləndirilir.

Strategiya və Texnologiyaların Təhlili Mərkəzindən Konstantin Makienko BBC-yə deyib ki, Türkiyə hərbçiləri döyüş təcrübəsinə malikdirlər.

“Əlbəttə, kürdlərə qarşı antipartizan əməliyyatları xeyli spesifik təcrübədir, lakin hər halda güllə ilə üzləşmiş əsgər, belə təcrübəsi olmayan əsgərdən daha yaxşıdır…Türkiyə Silahlı Qüvvələri ciddi qüvvədir” – deyib ekspert.

Rusiya ordusu kimi Türkiyə hərbçiləri də, ələlxüsus da pilotlar, son vaxtlar çoxsaylı təlimlər və məşqlər keçiriblər.

“Türkiyədə təyyarəçilərin hazırlanması sistemi yaxşı inkişaf edib. Uçuşların saat müddətinə görə Türkiyə pilotları Rusiyalı həmkarları ilə bərabər sayıla bilərlər. Bu, təxminən yüz saat uçuş deməkdir. Onlarda təlim qurğularınıbn sayı çoxdur, bizdə isə faktiki uçuşların sayı” – deyir hərbi icmalçı İlya Kramnik.

Hərbi elita zərbə altında

Garnegi Europe mərkəzinin dəvətli professoru, türk ekspert Sinan Ülgen BBC ilıə söhbıətində deyir ki, hərbçilər Türkiyə cəmiyyətində ənənəvi olaraq elita sayılıb.

“Bu, cəmiyyətin ən hörmətli və intizamlı təsisatlarından biridir. Orduya belə münasibət kökü qədim tarixə gedən ənənələrlə bağlıdır” – deyir o. Hərçənd professor əlavə edir ki, bu faktorun mənfi tərəfləri də var.

Bütün 20-ci əsr ərzində hərbiyyə özünü əsası Kemal Atatürk tərəfindən qoyulmuş dünyəvi türk dövlətinin dayağı hesab edib və konstitusiya quruluşuna təhlükə görəndə, tərəddüdsüz olaraq qanuni hökumətləri devirib.

Türkiyə Silahlı Qüvvələri 1960-1980-ci illər arasında üç çevriliş edib. Bundan başqa ordu baş nazir Ahmet Davutoğlunun rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası ilə uzunmüddətli qarşıdurma tarixçəsinə malikdir. Ordunun siyasətdəki həlledici roluna 2010-cu illərdə son qoyulub.

Image copyrightAFP
Image captionHərbiyyə Türkiyənin siyasi həyatında güclü qüvvə idi, lakin yüksək rütbəli hərbçilər üzərində səs-küylü məhkəmə proseslərindən sonra bu ənənə pozulub

“Orduya, onun siyasi nüfuzunu azaltmaq üçün bir neçə hüquqi zərbə vurulub. Bu zərbələr uğurlu olub, lakin nəticədə hərbçilərin döyüş ruhuna xələl gəlib. Ali komandanlıqdan bir çoxları etmədikləri cinayətələrə görə məhbəsə atılıb” – deyir Ülgen.

Rusiyanın üstünlükləri

Hətta NATO-nun potensialı nəzərə alınmadan da, Türkiyə ordusu regionda ən güclü ordudur. “Bu, demoqrafik artıma söykənən böyük ordudur. O heç də pis silahlanmayıb” – deyir Konstantin Makienko.

İlya Kramnikin fikrincə, Rusiyanın üstünlüyü bundandır ki, onun Hərbi Kosmik Qüvvələri iri aviasiya birləşmələrinin iştirakı ilə hava əməliyyatlarını keçirməyə qabildir.

Rusiya döyüş təyyarələrinin aviasiya parkında Tu-95 və Tu-160 strateji bombardmançılar var. Rusiya uzaqmıənzilli Tu-22M3 bombardmançılarını 2015-ci ilin mayında Krımda yerləşdirmək istəyirdi. Bu, həmin təyyarələrin Qara dəniz üzərindəki əməliyyat məsafəsini artıra bilərdi. Hərçənd o vaxt bu baş vermədi.

“Biz son illərdə ölkənin ucqar regionlarından aviasiyanı çəkib gətirmək sahəsində böyük təcrübə toplamışıq” – deyir İlya Kramnik.

Və nəhayət, onun sözlərinə görə, kəmiyyət üstünlüyü heç də həmişə keyfiyyət üstünlüyü demək deyildir. Məsələn, Türkiyə donanmasında gəmilərə qarşı raketlərlə silahlanmış “Moskva” Qara dəniz kreyseri tipli gəmi yoxdur. BBC

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın