Ana səhifə / İqtisadiyyat / Türkiyə ordusu 20 kilometr irəlilədi

Türkiyə ordusu 20 kilometr irəlilədi

Türkiyə ordusu və Azad Suriya Ordusu Suriyanın şimalında 1000 kvadrat kilometrlik dəhliz yaradıb.

Axar.az xəbər verir ki, “Fərat qalxanı” əməliyyatının 45-ci günündə Azez-Cerablus mövqeyində möhkəmlənən TSQ və ASO Bab rayonuna yaxınlaşıb.

Bununla da İŞİD və PYD-dən təmizlənən ərazi sahəsi 1000 kvadrat kilometr təşkil edib.

Kilis və Elbəyli rayonundan Suriyanın cənubuna doğru 20 kilometrlik məsafə qət edilib. Strateji əhəmiyyət kəsb edən Dabıka isə 3 kilometr məsafə qalıb.

Qeyd edək ki, İŞİD Dabıka daha çox önəm verir, belə ki, terrorçuların ən güclü olduğu məntəqələrdən biri məhz Dabıkdır. Bu kənd təşkilat üçün canlı qüvvə və təbliğatı baxımından strateji əhəmiyyət daşıyır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın