Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir

Türkiyə müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir

Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) ölkədə aprelin 16-da keçirilmiş referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Partiya sədrinin köməkçisi Bülent Tezcan bu gün yerli vaxtla saat 14:30-da referendumun nəticələrinin ləğvi ilə bağlı tələbnaməni komissiyaya təqdim edəcəyini deyib.

CHP-nin ləğvlə bağlı tələbinin əsasında isə 2,5 milyon möhürsüz bülletenin etibarlı sayılması dayanır. Partiyadan bildirilib ki, ilk etapda nəticələr ləğv edilməsə, Ali Məhkəməyə və Avropa Məhkəməsinə müraciət edəcəklər.(lent.az)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın