Mayın 26-da futbol üzrə Türkiyə kubokunun final matçı keçirilib.
Virtualaz.org bildirir ki, “Antalya Arena”da keçirilən final qarşılaşmasında iki İstanbul nəhəngi – “Qalatasaray” və “Fənərbaxça” üz-üzə gəlib. Türkiyə Superliqasında çempionluğu son anda əldən verən “Fənərbaxça” ölkə kubokunda da məğlubiyyətə uğrayıb. Lukaş Podolskinin 30-cu dəqiqədə vurduğu qolla “Qalatasaray” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu, “Qalatasaray”ın tarixində dalbadal 3-cü, ümumilikdə isə 17-ci kuboku olub.