Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Gülen məsələsində ABŞ-a güzəştə getməyəcək

Türkiyə Gülen məsələsində ABŞ-a güzəştə getməyəcək

Ankara ABŞ-da yaşayan ruhani Fethullah Gülenin ekstradisiya məsələsində güzəştə getməyəcək, Türkiyənin baş naziri bəyan edib.

Jurnalistlərlə görüşən Binalı Yıldırım avqustun 24 -də Türkiyəyə ABŞ vitse-prezidenti Joe Biden-in səfər edəcəyini bildirib.

Türkiyənin baş nazirinə əsasən Gülenin ekstradisiyası tələbinə dair ABŞ-ın münasibəti daha müsbətdir.

“ABŞ bizim tələblərimizi qulaq ardına vura bilməz. Aydındır ki, baş tutmayan çevriliş cəhdi arxasında FETÖ durub”, baş nazirin sözləri Hürriyet qəzetində iqtibas edilir.

Yıldırımın sözlərinə görə ruhaninin ekstradisiyası Türkiyə ilə ABŞ arasında münasibətləri yaxşılaşdıra bilər.

Avqust ayının əvvəlində Türkiyə hakimiyyəti Gülenin həbsinə order verib. Ruhani 15 iyul çevriliş cəhdində əli olduğu barədə iddiaları rədd edir. Fethullah Gülen həbs qərarı ilə bağlı şərhində Türkiyənin məhkəmə sistemini tənqid edib.

İyulun 15-də baş verən çevriliş cəhdi nəticəsində 270-dən artıq adam həlak olub. Hadisə ilə bağlı təxminən 18000 insanın saxlandığı və ya həbs edildiyi bildirilir. BBC

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın