Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə böyük generalın intiqamını alır – Əməliyyat

Türkiyə böyük generalın intiqamını alır – Əməliyyat

Türkiyə Silahlı Qüvvələri Şırnak vilayətinin Kato bölgəsində şəhid general Aydoğan Aydın Əməliyyatı çərçivəsində PKK hədəflərini vurub.

Axar.az xəbər verir ki, yerləri PUA-larla müəyyən edilən terrorçular hava hücumu ilə məhv edilib. Əməliyyat zamanı 4 PKK-çı öldürülüb.

Bununla da sözügedən əməliyyat çərçivəsində məhv edilən terrorçuların sayı 14-ə çatıb.

Qeyd edək ki, həm qəhrəmanlığına, həm də yüksək insani keyfiyyətlərinə görə hər kəs tərəfindən sevilən general Aydoğan Aydının bir neçə gün əvvəl Türkiyənin Şırnak vilayətində qəzaya uğrayan helikopterdə həlak olması bütün Türkiyəni yasa qərq edib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın