Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirakına ümid edir

Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirakına ümid edir

Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə habın yaradılması layihəsinin həyata keçirilməsi onu enerji resurslarının paylanması və satışı mərkəzinə çevirəcək. Ankara Azərbaycanın layihədə iştirakına ümid edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz “TV 24”ə müsahibəsində deyib.

“Habın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qazın satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də onun satışı məsələsində bizə dəstək verən ölkələr var. Azərbaycanın layihədə tədarükün mənbə ölkəsi kimi iştirakı bizi sevindirəcək”, – türkiyəli nazir bildirib.

O həmçinin gələn ilin fevralında İstanbulda Avropaya qaz tədarükçülərinin və istehlakçıların dəvət olunacağı beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …