Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Türkiyə artıq Qara dənizin ağası deyil” – Rusiyadan açıqlama

“Türkiyə artıq Qara dənizin ağası deyil” – Rusiyadan açıqlama

Rusiya Baş Qərargah rəisi Gerasimov Türkiyənin artıq Qara dənizin ağası olmadığını deyib.

Rusiya Baş Qərargah Rəisi Valeriy Gerasimov Qara Dənizdəki Rus donanması və Türk Dəniz Qüvvələri arasında güc nisbətinin son bir neçə il ərzində ciddi şəkildə dəyişdiyini bildirib.

Rusyanın cənub hərbi hissəsində keçirilən “Qafqaz 2016” təlimlərinin nəticələrinin dəyərləndirildiyi toplantıda çıxış edən Gerasimovun sözləri gündəmə damğasını vurub. Gerasimov çıxışında bunları söyləyib: “Bundan bir neçə il əvvəl Rus Qara dəniz donanmasının hərbi gücü Türk Dəniz Qüvvələrinin gücü ilə kontrast idi. O zamanlar Türkiyənin az qala Qara dənizin ağası olduğu söylənirdi. Ancaq indi hər şey dəyişib”.

Rus donanmasına kalibr tipli cruz raketləri daşıya bilən sualtı gəmilər kimi yeni imkanlar əlavə olunduğu üçün hərbi gücünün artırıldığını deyən Gerasimova görə, Rusiyanın Qara dəniz donanması bu gün daha çox üstünlüyə malikdir. Moderator.az

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın