Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Türkiyə 100 min nəfərə yaxın ermənini dərhal deportasiya etməlidir” – Türkiyənin müxalifət lideri

“Türkiyə 100 min nəfərə yaxın ermənini dərhal deportasiya etməlidir” – Türkiyənin müxalifət lideri

Türkiyənin müxalifət partiyası Böyük Birlik Partiyasının sədri Mustafa Destici Ərzurumda keçirdiyi konfransda Azərbaycan ilə Ermənistan arasında müharibə vəziyyətinin davam etdiyini, Ermənistanın davamlı olaraq Azərbaycana qarşı hərbi təcavüzkarlıq aktlarına yol verdiyini deyib.

Avropa.info xəbər verir ki, Destici partiya olaraq Azərbaycanın yanında olduqlarını deyən Dəstici Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edib:

“Soyqırımın keçirildiyi, qətliamın gerçəkləşdirdiyi yerlərlə, üzr istəmədikcə və təzminat ödəmədikcə Türkiyə Ermənistanla qəti şəkildə heç bir münasibətə girməməlidir. Sərhəd qapısı əsla rəsmi və qeyri-rəsmi şəkildə açılmamalıdır. Hətta daha artığını deyim. Türkiyənin erməni vətəndaşları var. Əlbəttə ki, bunlar Türkiyə Cümhuriyyəti vətəndaşlarıdır. Milli azlıq haqları vardır. O haqlara sahib olaraq Türkiyədə yaşamağa davam edəcəklər. Amma onun xaricində Türkiyədə qeyri-leqal şəkildə yaşayan 100 min nəfərə yaxın erməni var. Türkiyə bunları dərhal deportasiya etməlidir”.
Mustafa Destici sözlərinə belə davam edib:

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edəcək, orada soyqırım tətbiq edəcək, hər gün Azərbaycandakı türk qardaşlarımızı şəhid edəcək, biz də burada qeyri-leqal erməniləri bəsləyəcəyik. Bunu qəbul etmirik. Bunların dərhal deportasiya edilməsinin vacibliyini açıq və qəti şəkildə demək istəyirəm”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın