Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin parçalanması və İstanbulun İŞĞAL PLANI… – ŞOK SSENARİ

Türkiyənin parçalanması və İstanbulun İŞĞAL PLANI… – ŞOK SSENARİ

“15 iyul hərbi çevriliş cəhdində CİA-Gülən və Fənər Yunan Patriarxı arasında bir ortaqlıq var idimi?”
Bu sualı Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül “CİA-Gülen-Fənər əlaqəsi və 15 iyulun gizli ortaqları” yazısında qoyub.
Bu mövzuda maraqlı iddiaların olduğunu deyən yazar hərbi çevriliş cəhdindən əvvəl baş verən bir hadisədən bəhs edir: “15 iyul çevriliş cəhdindən bir müddət əvvəl Gülən və şəbəkəsi (FETÖ) bütün mülkiyyətini satışa çıxardı. Məktəb binalarını, torpaqlarını, qısa sözlə, nağd pula çevirə biləcəkləri nə varsa… Çox ehtimal ki, bunları satıb pulu xaricə çıxarmağı planlaşdırırdılar. Çevrilişdən sonrakı dövrə hazırlıq görürdülər. Bir iş adamı İstanbulun Avropa hissəsində bir binanı almaq istəyir. Ancaq FETÖ-nün satış üzrə səlahiyyətli nümayəndəsi bu satışa razılıq vermir. Verilən cavab bu idi: Biz yalnız İstanbulun Anadolu hissəsindəkiləri, bir sözlə, Anadoludakı binaları satırıq. İstanbulun Avropa hissəsindəki heç bir mülkiyyətimiz satılmır”.
 
İstanbul işğal ediləcəkdi?
İbrahim Karagül bunun şübhəli bir qərar olduğunu bildirir. “Niyə Avropa hissəsində olan heç bir şey satılmırdı? FETÖ-çülər nə etməyə çalışırdı? Anadoludan imtina edərək Avropa hissəsindəmi təşkilatlanırdılar?”, – yazar sualları sıralayır.
Yazar qeyd edir ki, 15 iyul axşamı qiyamçı əsgərlər insanların Anadoludan Avropa hissəsinə keçməsinə mane törədir, Avropadan Anadoluya keçənlərə isə icazə verirdilər: “Həmin axşam bunları da düşündük. Nə baş verirdi? Bəziləri Gülən və terror təşkilatına İstanbulumu vəd edirdi? Yoxsa, bəziləri İstanbulu alacaqdı? Çevrilişdən sonra Avropa hissəsi Türkiyənin nəzarətindən çıxarılacaqdı! Bəs, Anadolunun taleyi necə olacaqdı? PKK və PYD-nin üzərindən cənubdan işğal ediləcəkdi? Bir neçə hissəyə bölünəcəkdi? Suriyalaşdırma planlaşdırılırdı? 15 iyul yalnız çevriliş cəhdi deyildi, Türkiyəni yenidən dizayn etmək istəyirdilər. ABŞ rəhbərliyi və kəşfiyyat bu planın birbaşa mərkəzində idi”.
Türkiyə qlobal güc xəritəsini dəyişdirə bilər
 
İbrahimin sözlərinə görə, müdaxilə o qədər dəhşətli idi ki, Türkiyənin ənənəvi ittifaq əlaqələrini sarsıdacaqdı: “Ankara gözlərini Rusiya və Asiyaya çevirə bilərdi. Coğrafiyaya bağlı siyasəti kökündən dəyişə bilərdi. 1950-ci illərdən birlikdə hərəkət etdiyi Atlantika mərkəzi Türkiyəni parçalamağa, Yaxın Şərqdəki xaos fırtınasını Türkiyə içinə çəkməyə çalışırdı. Qlobal güc xəritəsi, bütün geostrateji tənlik dəyişə bilərdi”.
Bjezinski qəzəbli: “CİA etdi, çox böyük səhv idi”
 
“Yeni Şafak”ın yazarı qeyd edir ki, ABŞ rəhbərliyi hər nə qədər gizləməyə çalışsa da, çevriliş cəhdindəki rolu ilə əlaqədar müzakirələr açıq şəkildə edilir.
ABŞ kəşfiyyatının çevriliş cəhdində rol aldığına dair ilk etiraf ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskidən gəldi.O, “The American Interest” jurnalı üçün qələmə aldığı məqaləsinin xülasəsini bu şəkildə yazdı: “ABŞ-ın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı edilən çevriliş cəhdinə verdiyi dəstək onun etibarına böyük zərər verəcək ciddi bir səhv idi. Türkiyə Suriyada son beş ildə yaşanan müvəffəqiyyətsizliyin ardınca xarici siyasətini dəyişdirmək ərəfəsində idi. Yarana biləcək Rusiya-Türkiyə-İran koalisiyası Suriya böhranının həlli üçün bir fürsət yarada bilərdi”.
İbrahim Karagül qeyd edir ki, amerikalı yunan milyarderlərin pulu ilə maliyyələşən CİA-Gülən-İstanbul patriarxı-Klintonlar şəbəkəsinin yeri Türkiyəyə qarşı planda açıq şəkildə görünür. Yazar İstanbul patriarxı fəaliyyətinin diqqətdə saxlanılmasını təklif edir.(Publika.az)

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın