Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin cənub-şərqində döyüşlər şiddətlənir

Türkiyənin cənub-şərqində döyüşlər şiddətlənir

Türkiyədə bəzi şəhərlərdə təhlükəsizlik qüvvələrinin qoyduğu küçəyə çıxma qadağaları davam edir.

Diyarbəkirdə dekabrın 2-dən qoyulan qadağa 13 dekabrda 12 saatlıq götürülsə də, yenə davam edir.

Mardinin Dargeçit qəsəbəsində 11 dekabrda qoyulan qadağa hələ davam edir.

Şırnağın Silopi və Cizrə qəsəbələrinin əhalisi isə 5 gündür küçəyə çıxa bilmir.

Nusaybin qəsəbəsinin 4 məhəlləsinə qoyulan 5 günlük qadağaya isə bu gün 7 saatlıq fasilə verilib.

Son 3 gündə Silopi və Cizrədə tankların köməyilə aparılan əməliyyatlar güclənib.

Bölgədən ölüm xəbərləri gəlir – Cizrədə bu gün bir əsgər həlak olub.

Əməliyyatlar nəticəsində 62 PKK üzvünün öldürüldüyü deyilir.

Mülkilər arasında da ölən və yaralılar var. 13 dekabrdan bəri 4 nəfər yerli sakin öldürülüb.

Bundan başqa, bölgədə fəaliyyət göstərən 34 bələdiyyə rəhbəri vəzifədən azad edilib.

Bu arada Diyarbəkirdə küçəyə çıxma qadağasına hər gün etiraz nümayişləri keçirilir.

Bir sıra kürdyönlü partiyalar bu gün mətbuat konfransında açıqlayıb ki, 26-27 dekabrda keçiriləcək konqresdə özünüidarəetmə ilə bağlı müxtəlif məsələlərə dair qərarlar veriləcək. BBC

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın