Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin Baş Qərargah rəisi: “Əl Babda əməliyyatlar başa çatıb”

Türkiyənin Baş Qərargah rəisi: “Əl Babda əməliyyatlar başa çatıb”

“Əl–Babda əməliyyatlar artıq başa çatıb”.

“Report” xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən “Fərat qalxanı” əməliyyatından danışarkən bildirib.

“Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır”, – deyə, o, vurğulayıb.

Qərargah rəisinin sözlərinə görə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın