Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin Acarıstan ekspansiyası muxtariyyətin Gürcüstandan qopması təhlükəsi yaradır –Təhlil

Türkiyənin Acarıstan ekspansiyası muxtariyyətin Gürcüstandan qopması təhlükəsi yaradır –Təhlil

Acarıstan Gürcüstanın tərkib hissəsi kmi milli-mədəni və dini özəllikləri ilə seçilir. Gürcüstan muxtariyyəti tarixən bölgəyə güclü təsir edən Türkiyə ilə qonşudur. Hətta Acarıstan zaman-zaman Osmanlı imperiyasının tərkibində də olub, acar cəmiyyətinin bəzi zümrələri bunu həvəslə xatırlayırlar. Söhbət birinci növbədə, müxtəlif dəyərləndirmələrə görə, muxtariyyət əhalisininn 30-40%-i və yaxud 115-135 min nəfər təşkil edən yerli müsəlmanlardan gedir. Bu göstəricilətr tez-tez “axıcı” olur, çünki bölgə əhalisinin bir qismi müxtəlif səbəblər üzündən dövri olaraq xristianlıqdan islama və əksinə keçir.

Gürcüstan pravoslav kilsəsi son 15 ildə yerli müsəlmanlar içində fəal təbliğat aparıb, nəticədə Batumi şəhəri, həmçinin Kobuleti, Şuaxevi və Xelvaçauri kəndləri əhalisinin böyük bir hissəsi kilsənin qoynuna qayıdıb. Xuloy və Ked rayonlarının sakinləri daha çox müsəlmanlaşdırılmış sayılır. Bununla belə, həm Batumi, həm də Kobuletidə müsəlmanların fəal icmaları fəaliyyətdədir. Saakaşvilinin idarəçiliyi dönəmində Acarıstan müsəlmanlarının əksər ailələri dağ rayonlarından ölkənin başqa bölgələrinə, xüsusən də yunanların kütləvi şəkildə köç etdiyi Tsalkaya köçürülüb. Müsəlman acarların Tsalkaya gəlişi yerli pravoslav gürcü əhalinin narazılığına səbəb oldu və hətta sonuncularla islama etiqad bəsləyən gürcülər arasında toqquşmalar qeydə alınıb. Müsəlman acarların bəzi qrupları qonşu Quriyaya köçdü ki, bu da münaqişəli durum yaratdı. Və nəhayət, Batuminin özündə həm müsəlmanların, həm də xristianların çoxsaylı etiraz aksiyaları baş verib. Birincilər indi də yeni məscidin açılmasını tələb edirlər, çünki məscid qıtlığı və inşasına yasaq yerli müsəlmanların hüquqlarını tapdalayır, ikincilər isə islam dini inşaatının kənardan, xüsusən də Türkiyə tərəfindən təşviq olunduğunu güman edərək bu planlara müqavimət göstərirlər.

1886-cı ildə inşa olunmuş Batumi “Orta came” məscidi Gürcüstanın müxtəlif rayonlarından ibadətə gələn möminlərlə dolu olur. Ekspertlərin qeyd etdiyi kimi, Acarıstanda möminlərin sayı Türkiyədən gələnlərin hesabına ilbəil çoxalır. Tiflisdə bir yandan dərk edirlər ki, muxtariyyətdə “sürüşən islamlaşma” baş verir, digər tərəfdən, ola bilsin, hökumət bu cür tendensiyaların qarşısını almaq iqtidarında deyil. Belə ki bu, Gürcüstanın avrointeqrasiya prosesinə də təsir edə bilər.

Diqqətçəkəndir ki yerli sakinlərin muxtariyyətdəki türk müəssisələrinin fəaliyyətinə nəzarət çağırışları eşidilməz qalır. Axı fahişəliyin inkişaf etdiyi hamamlar, gecə barları və türk kapitallı başqa əyləncə obyektləri Acarıstan üçün adi hala çevrilib. Hətta türk danışığı təkcə şəhərlərdə deyil,  ucqar yaşayış məntəqlərində də eşidilir. Bə bu, ölkə hökumətinin etnik azlqıların sıx yaşadığı bölgələrdə gürcü dilini hər üsulla geniş yaymağa çalışdığı, türk dilinin Gürcüstanda yayılmasına parelel şəkildə göz yumduğu durumdur. Hələ 20 il qabaq Batuminin mərkəzi rayonlarında ermənilər, yunanlar və yəhudilər məskunlaşmışdı, indi isə bu rayonda türk restoran, bar və mağazaları yerləşir. Türkiyə bayrağı Türkiyə iqtisadi maraqlarının son dərəcə güclü olduğu bu günki Acarıstanın rəmzinə dönür.

Kartveldilli müsəlmanlarla türklərin qarşılıqlı təması iqtisadi əlaqələrlə kifayətlənmir. Acarlar Türkiyə vətəndaşları üçün “özümüzünkülər”dir. Acarların özləri pravoslav həmvətənlərindənsə türkiyəli dindaşlarına daha çox etibar edirlər. Əslində, müsəlman acarların əksəriyyəti Türkiyəyə onların təhlükəsizlik zəmanəti kimi yanaşır. Yerli müsəlmanlar – acar, laz, xemşil və türkdilli qrupların sultanın dəstəyindən yararlandığı və Rusiya-Türkiyə müharibəsi vaxtı aşkarcasına Türkiyəyönlü mövqe tutduğu Osmanlı hökmranlığı dönəmində də belə idi. Müsəlman acarlar əksəriyyətyi muxtariyyətdən çıxmış Türkiyə gürcüləri ilə qohumluq bağları ilə ilgilidir.

Son iki yüz il ərzində müsəlman acarların üç mühacirət dalğası baş verib. Müsəlman gürcülərin Acarıstandan Türkiyəyə ilk axını 1828-1829-cu illrdə olub, ikinci mühacirət axını təkcə acarıstanlı müsəlmanlara deyil, həm də gürcülərin Şavşeti və İmerxevi adlandırdığı və indi Türkiyənin Artvin əyalətinə daxil olan yaxın bölgələrə toxunub. Bu, 1877-1879-cu illərdə olub. Və nəhayət, Acarıstandan Türkiyəyə ən kütləvi mühacir dalğası 1921-ci ildə axıb. Dəyərləndirmə məlumatlarına görə, göstərilən dövrlərdə Acarıstan və yaxınlıqdakı bölgələrdən 800 mindən çox müsəlman gürcü köç edib, onların törəmələri indi Türkiyənin Qara dənizyaxası əyalətlərində, o cümlədən Ordu, Girəsun, Samsun, Zonquldağ, Snopda sıx şəkildə yaşayırlar. Acarlar və müsəlman gürcülərin başqa qrupları Yalova, Düzcə, Bursa, Sakarya, Qocaeli, Balıkəsir, Amasiya, Toqat, Artvin əyalətlərində də yaşayırlar. Etnik gürcülər içindən Türkiyə müsəlmanları bütün həmvətənləri ilə təmaslar qurublar. Bu təmasların ən fəal dövrü Türkiyədən çıxanlara gürcü pasportları verən Mixail Saakaşvilinin idarəçilik dönəmləri idi. Və ancaq ölkədəki etiraz əhvali-ruhiyyəsi Saakaşvilini pasport verilməsi prosesini bitirməyə məcbur etdi. Məhz Saakaşvilinin dövründə “türk emissarları” deyilən, yerli əhali arasında fəal iş görən adamlar mədrəsə, islami təhsil və ruhani mərkəzləri açaraq Acarıstana nüfuz etməyə başladılar. Düzdür, ictimaiyyətin təzyiqi ilə bu müəssisələrin əksəriyyəti bağlandı, lakin Türkiyə bölgədə nüfuzlu güc olaraq qalmağı sürdürür, Türkiyə və Gürcüstan arasındakı möhkəm siyasi və iqtisadi əlaqələr isə Tiflisin muxtariyyətdə türk amilini uzaqlaşdırmaq üzrə qətiyyətli hərəkətinin qabağını alır.

Bu arada gürcü ictimaiyyəti, ekspert və siyasətçilər həyəcan təbili çalırlar. Onların fikrincə, müsəlman acarlar biməyərəkdən Ankaranın Gürcüstandakı “beşinci dəstəsi” olurlar. Qeyd edək ki, bütün bunlar bu kartvel subqrupun eyniyyətinin biçimlənməsi fonunda baş verir. Acarların eyniyyətinin formalaşması çox mürəkkəb tarixi proseslər şəraitində gedir. İslamlaşma – o cümlədən könüllü şəkildə – qismən türkləşmə, dil assimilyasiyası, mədəniyyətlərin qarşılıqlı təsiri, sosial və etnik-psixoloji yönlər, mühacirət prosesləri, tarixin yaddaşın qorunması – bütün bunlar buna səbəb olub ki, müsəlman acarların əksəriyyəti özlərinə ayrıca etnik vahid kimi yanaşırlar. Eyni zamanda etnik konsepsiya qururlar ki, onlar təkcə gürcü deyil, həm də sünni müsəlmandırlar. Türkiyə elmi çevrələri acarların öz etnik deyil, dini köklərinə söykənməli olduğunu hesab edərək bu konsepsiyanı fəalcasına dəstəkləyir və türk alimlərinin fikrincə, dini təməl türklərin və gürcü subetnosunun yaxınlaşmasında başlıca amil kimi qalır. Təəccüblü deyil ki, İstanbul və Ankarada hər il Türkiyə və Acarıstan muxtariyyətinin qarşılıqlı münasibətləri mövzusunda konfrans və dəyirmi masalar keçirilir. Türk millətçiləri isə ümumiyyətlə Batumiyə Türkiyənin tərkib hissəsi kimi yanaşır və hökumətdən təkcə müsəlman acarlarla əlaqələri fəallaşdırmağı deyil, həm də dini ehtiyacarını dəstəkləyərək maraqlarını müdafiə etməyi tələb edirlər. Müsəlman acarların özlərinin dini amilin muxtariyyətin Gürcüstandan tam qopmasına səbəb ola biləcəyini dərk edib-etmədiyini söyləmək çətindir. Acarlar bu təhlükəni anlayırlarsa, onda ənənəvi islam gəlmə təbliğatçıların əlində təsir alətinə dönməməlidir. Dərk etmirlərsə, onda Gürcüstan hökumətinin muxtariyyəti xarici təhlükələrdən qorumağa tam haqqı var.

Tərcümə Strateq.az-ındır.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın