Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyəli iş adamı indi də qızıl telefonu ilə gündəmə gəldi – VİDEO

Türkiyəli iş adamı indi də qızıl telefonu ilə gündəmə gəldi – VİDEO

Türkiyəli iş adamı Əli Ağaoğlu şəhərin mərkəzi restoranlarından birində jurnalistlərin kamerasına yaxalanıb.
Musavat.com Türkiyə mətbuataına istinadən xəbər verir ki, iş adamı bu dəfə istifadə etdiyi qızıl telefonla gündəmə gəlib.
Restoran sahibi ilə söhbət edən iş adamının əlindəki “Vertu” markalı telefonun qızıldan olması diqqət çəkib.
Məlumat üçün bildirək ki “Vertu” markalı telofonların ən ucuzunun qiyməti 10 min manatdan başlayır.

Qeyd edək ki, iş adamı Əli Ağaoğlu 1 ay öncə də canlı yayımda cibindəki pulları çıxarıb sayaraq gündəmə gəlmişdi.
CNN Türk kanalının aparıcısı Ekin Olcayto iş adamına “cibinizdə nə qədər pul var” sualını verdikdən sonra Ə.Ağaoğlu cibindəki pulları çıxarıb saymaq üçün aparıcıya təqdim etmişdi.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın