Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyəli diplomatdan sensasion açıqlamalar

Türkiyəli diplomatdan sensasion açıqlamalar

Ankarada kritik qərarların qəbul edilməsində böyük səlahiyyətə sahib, lakin adının çəkilməsini istəməyən dövlət rəsmisi “Türk ordusu Suriyadan ancaq Türkiyənin təhlükəsizliyinə təhdid ortadan  qalxdıqdan sonra çıxacağını bildirib.
Musavat.com həmin dövlət adamının mətbuata söylədiyi fikirlərdən əsas başlıqları təqdim edir:
“Türkiyənin YPG ilə bağlı mövqeyi PKK-dan fərqli deyil. Bir terror təşkilatının başqa terror təşkilatı ilə mübarizə aparması səbəbi ilə legitmləşdirilməsi qəbul edilə bilməz. ABŞ dövlət katibinin müavini Blinkenə də bu mövqeyimizi bildirdik…
 “Fərat qalxanı” planına uyğun olaraq əmin addımlarla, diqqətli bir hərəkat planlaması ilə irəliləyirik. Planlarımızın içində Əl Bab-ın ələ keçrilməsi də var. Hərbi əməliyyatların tələsik həyata keçirilməsi doğru olmaz. Çətin dedikləri Cerablus cəmi 3 günə əlimizə keçdi….”
 “Bizim dərdimiz İŞİD-i və YPG-yi o torpaqlardan çıxarmaqdır. Suriyadan da bu məsələdə icazə alacaq deyilik”…
Картинки по запросу fırat kalkanı
“Raqqa əməliyyatı” diqqətlə hazırlanmalı, plan Suriyanın bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Biz YPG-nin içində olduğu  Raqqa əməliyyatına qarşıyıq. Raqqa ərəb şəhəridir və kürd qüvvələri ilə əməliyyat keçirilsə etnik müharibə çıxacaq”…
“Mosulun  gələcəyi bizi də maraqlandırır. Əməliyyat İraqda etnik-məzhəb münaqişələri, əlavə problemlər çıxarmamalıdır”…
Картинки по запросу musul operasyonu
“2013-cü ildə Suriiya rejimi müharibədə məğlubiyyətə uğramaq üzrə ikən kimyəvi silahdan istifaə etdi. Obama “kimyəvi silah müdaxilə səbəbidir” deməsinə rəğmən bunun arxasını gətirmədi. Həmin vaxt ABŞ Suriyada əsas oyunçu olmaq özəlliyini itirdi. Rusiyanın Ukraynadan sonra Suriyaya girməsi məhz bu boşluğun nəticəsindədir. 2013-cü ildə Lavrov İstanbulda Suriya probleminin hərbi yolla deyil, siyasətlə həll edilməsi üçün bizə yalvarırdı”…
“Kobanidə xalqla əlaqələr məsələsində zəif qaldıq. Orada müharibəni sadəcə seyr edirik kimi görüntümüz çıxdı”…
Картинки по запросу Türkiye Kobani
Menbiçdə 200-ə yaxın ünsür var. Onların geri çəkilmələrini istəyirik. Azad Suriya Ordusu və Suriya Demokratik Güclərindəki ərəblərin birlikdə çalışmağı öyrənmələri lazımdır. Bunun üçün də biz Menbiçdə ASO və SDG-nin ərəb qüvvələrinin ortaq idarə qurmasını istəyirik…”.
Rusiya ilə isə toqquşmamaq, yəni “Biz burada əməliyyat keçririk, bir-birimizə toxunmayaq” prinsipi ilə hərəkət edirik.   Rusiya isə bütün gücünü hazırda Hələbə verib. Çünki ABŞ da orada güclənmək istəyir”…
Картинки по запросу Fethullah Gülen ABD Türkiye
Dövlət rəsmisi Fətullah Gülənin təhvil verilməsi  məsələsinin uzanmasının ABŞ-Türkiyə münasibətlərinə xələl gətirəcəyini vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın