Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədən Zakir Qaralova FETÖ dosyesi göndərildi

Türkiyədən Zakir Qaralova FETÖ dosyesi göndərildi

Türkiyənin Yarğıtay Başsavcılığı (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı istintaq başladan Azərbaycan Baş prokurorluğuna bu təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosye göndərib.
Virtualaz.org xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazır. Dosyedə Fətullahçı Terror Ögütü FETÖ-nün TANAP kimi strateji enerji layihələrini necə hədəf aldığını da göstərən əhatəli MİT hesabatı da var.
Qəzet yazır ki, Azərbaycanda FETÖ-nün fəaliyyətinə dair təhqiqat başladan Baş prokurorluq Türkiyə tərəfindən dəstək istəyib. Bu müraciətə cavab olaraq Türkiyə tərəfi FETÖ-nün Azərbaycanda necə təşkilatlandığına dair əhatəli dosye hazırlamağı qərara alıb. Lakin Türkiyədə Azərbaycandakı kimi Baş prokurorluq sistemi olmadığından bu məsələdə Bakı ilə tərəfdaşlıq etmək üçün Yarğıtay Baş prokurorluğu seçilib. Nəticədə Yarğıtay Baş prokurorluğu Türkiyənin müvafiq strukturlarına Azərbaycan tərəfinə təqdim olunmaq üçün FETÖ-ya dair materialların toplanılıb təqdim edilməsinə dair sorğu verib.
Məlumata görə sorğu əsasında Ankara, İstanbul və İzmir baş prokurorluqları başda olmaqla Türkiyənin ədliyyə orqanları əllərindəki materialları Yarğıtay Baş prokurorluğuna təqdim edib. Habelə Hakimlər və Prokurorlar Yüksək Şurası da FETÖ-nun Azərbaycandakı fəaliyyətinə dair sənədləri verib. Bundan əlavə Milli İstihbarat Təşkilatı (MİT) “FETÖ-Azərbaycan hesabatı” adlı sənədi Yarğıtay Baş prokurorluğuna təqdim edib. Həmin hesabatda FETÖ-nun beynəlxalq miqyasda fəaliyyəti və istifadə etdiyi metodlar, Türk Cümhuriyyətlərində necə təşkilatlanması, terror təşkilatı üçün ən kritik ölkələrdən birinin də Azərbaycan olması barədə danışılır.
MİT hesabatında deyilir ki, FETÖ Azərbaycan və digər ölkələrdə enerji layihələrini idarə etməyə çalışır, TANAP qaz kəməri layihəsi də bu çərçivədə təşkilatın hədəfləri sırasındadır. Bir neçə gün əvvəl Azərbaycan Baş prokurorluğuna göndərilən dosyedə FETÖ-nun Azərbaycanda təhsil müəssisəsi adı altında azı 28 özəyinin yer aldığı göstərilir. Habelə dosyedə 15 iyul hərbi çevriliş cəhdinə görə həbs olunanların ifadələrindən detallar da yer alır, Türkiyənin FETÖ üzvü kimi axtarışa verdiyi şəxslərin siyahısı da Bakıya təqdim olunur.
Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları FETÖ ilə bağlı başladılan istintaq çərçivəsində AXCP sədrinin köməkçisi Faiq Əmirli də daxil olmaqla Əli Kərimlinin bir neçə tərəfdaşını Fətullah Gülən tərəfdarı kimi həbs edib. İstintaqın açıqladığına görə Faiq Əmirli Fətullah Gülənin “Azərbaycan imamı” kimi fəaliyyət göstərib. Azərbaycan tərəfi Türkiyə tərəfindən istintaqa yardım göstərilməsini xahiş edib və bu məqsədlə daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdə olub.
659 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın