Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədən “kürd dövləti” ilə bağlı yeni açıqlama

Türkiyədən “kürd dövləti” ilə bağlı yeni açıqlama

İraq Kürd Regional Vilayətinin verdiyi referendum qərarı yanlışdır.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu qərar Kərkükdə gərginliyin artmağına səbəb olacaq.

Qalın bu referendum qərarının, tezliklə, ləğv ediləcəyinə ümid etdiyini söyləyib.

Qeyd edək ki, İraq Kürd Regional Vilayətində 25 sentyabrda müstəqilliklə bağlı referendum keçirilməsi haqda qərar verilib. Türkiyə, İran, Almaniya, ABŞ və s. ölkələr bu qərara qarşı çıxıb və İraqın ərazi bütövlüyünü dəstəkləyib.(Axar.az)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın