Ana səhifə / İqtisadiyyat / Türkiyədən ev alan azərbaycanlıların sayı azalır 

Türkiyədən ev alan azərbaycanlıların sayı azalır 

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədən 52 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar. Belə ki, 2023-ci ilin yanvar ayında azərbaycanlılar tərəfindən Türkiyədən 65 mənzil satın alınıb.
Onu da bildirək ki, 2015-ci ilin əvvəlindən bu ilin fevral ayının 1-nə kimi Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 9 min 820 mənzil alıblar.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində Türkiyədən ən çox Rusiya (555 mənzil), İran (208 mənzil), Ukrayna (127 mənzil), İraq (99 mənzil), Qazaxıstan (99 mənzil), Almaniya (73 mənzil)  və Əfqanıstan (55 mənzil) vətəndaşları ev alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 1 557 mənzil alıblar.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …