Ana səhifə / İqtisadiyyat / Türkiyədəki zəlzələ Azərbaycanın mənzil bazarını “VURDU”

Türkiyədəki zəlzələ Azərbaycanın mənzil bazarını “VURDU”

Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən zəlzələ Azərbaycanın əmlak bazarına da təsirsiz ötüşməyib.

Bu barədə Modern.az-a”MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, hazırda əmlak bazarında durğunluq hökm sürür:

“İnsanlar kənara çəkilib, gözləmə mövqeyi tuturlar. Buna səbəb qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlıdır. İnsanları Azərbaycanda bu istiqamətdə hansı qəraraların qəbul olunub, həyata keçiriləcəyi maraqlandırır. 2000-ci ilin noyabrında da eyni hadisə baş vermişdi. İnsanlar onda da gözləmə mövqeyinə keçmişdilər. Ancaq 2 aydan sonra yenə hər kəs mənzil bazarına qayıtmışdı. Yəni hadisənin yaddaşdan silinməsi üçün zaman lazımdır”.

Həmçinin oxuyun

“Miqrasiya Xidməti sahibkarlıqla məşğul olmaq istəyən əcnəbilərə süni maneə yaradır” – VİDEO

“Dövlət Miqrasiya Xidməti sahibkarlıqla məşğul olmaq istəyən əcnəbilərə süni maneə yaradır”. Bunu miqrasiya konsaltinq fəaliyyəti …