Türkiyənin İstanbul şəhərində polis rüşvətə qarşı əməliyyat çərçivəsində 15-i məmur olan 30-a qədər insanı həbs edib.

ANS PRESS-in məlumatına görə, əmlakın və əhalinin qeydiyyata götürülməsi üzrə dövlət idarələrindən çalışan bu insanlar rüşvətlə qanunsuz əməliyyatlar həyata keçirməkdə günahlandırırlar.

Həbslər İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin iqtisadi cinayətlərə qarşı mübarizə bürosunun keçirdiyi reydlər nəticəsində gerçəkləşdirilib. Həbs olunanlar Haseki xəstəxanasına gətirilib. Lazımi tibbi müayinədən keçirildikdən sonra onlar dindirilmək üçün polis şöbəsinə aparılıb.

2013-cü il dekabr ayının 17-də İstanbul polisi oxşar əməliyyat həyata keçirmişdi və 21 adamı həbs etmişdi. Həbs olunanlar arasında iş adamları Rza Zərrab, Əli Ağoğlu və Süleyman Aslan vardı. Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri Müəmmər Gülərin oğulları da saxlanmışdı. Daha sonra tutulanların siyahısı genişləndi, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu da dindirilmək üçün məhkəməyə çağrıldı.


İş adamı Rza Zərrab 17 dekabr həbslərinin əsas fiquru idi

Lakin hökumət işə qarışdı istintaqın dayandırılması barədə qərar verdi. Daha sonra hakim partiya parlamentdə həmin cinayət işi üzrə istintaqın qadağan edilməsi barədə qərar verdi. Həbs olunanlar məhkəməyə çıxarılmadan azad edildi.