Ana səhifə / İqtisadiyyat / Türkiyədə silah zavodunun müdiri türk silahının istehsal sirlərini ABŞ-a satarkən həbs olundu

Türkiyədə silah zavodunun müdiri türk silahının istehsal sirlərini ABŞ-a satarkən həbs olundu

Türkiyənin  MKE  Silah Zavodunun  müdiri Mustafa Tanrıverdi, dövlət sirlərini satmaqda ittiham olunaraq həbs olunub.
Avropa.info xəbər verir ki, Mustafa Tanrıverdi  Türkiyənin silah istehsalı layihələrini  amerikalılara satmaq istəyərkən  saxlanılıb.
Həbs olunan Tanrıverdi haqqında  Ankara prokurorluğu istintaq başlayaraq, cinayət təqibinin aparılması  Ankara polisinin  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə  göndərib.
Məlumatlara görə,  zavod direktoru Mustafa Tanrıverdi pul qarşılığında 2 silaha aid rəsm və istehsal planlarını ABŞ-lı bir silah zavoduna satacağı məlumatı  alan  hüquq mühafizə orqanları onu təqib edib.
Məhkəmə qərarı ilə onun iş otağı  və evi  24 saat  müddətində təqib edilib.  Tanrıverdinin amerikalılarla görüşəcəyi restorana dinləmə və video kameralar yerləşdirilib. Xüsusi xidmət orqanları Tanrıverdini hadisə yerindəcə həbs ediblər.
Tanrıverdinin Türkiyəyə aid MP-5 silahının istehsal sirrini və Milli piyada tüfəngi MPT-76-nın istehsal planlarını satmaq istədiyi üzə çıxıb.
Baş vermiş hadisənin kameralara düşən foto görüntülərini təqdim edirik:
Milli Piyede Tüfeği MPT76’nın tüm çizim ve üretim planlarını Amerikalılara satmaya çalışan MKE müdürü, başarılı bir operasyonla yakalandı.
Tutuklanarak cezaevine gönderilen MKE Kırıkkale Silah Fabrikası Müdürü Mustafa Tanrıverdi'ye karşı soruşturma bir ihbar üzerine başladı.
Başarılı operasyon saniye saniye kamerada
Özel bir ekip kurularak yürütülen soruşturmada, zanlı adım adım takip edildi.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın