Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə referendum davam edir-seçki məntəqələrində böyük aktivlik müşahidə olunur(FOTO- VİDEO)

Türkiyədə referendum davam edir-seçki məntəqələrində böyük aktivlik müşahidə olunur(FOTO- VİDEO)

Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum davam edir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, seçki məntəqələrində böyük aktivlik müşahidə olunur. Səsvermə hüququ olan vətəndaşlar seçki məntəqələrinə gələrək referendumda səs verirlər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İstanbulda, Baş nazir Bineli Yıldırım İzmirdə, habelə digər dövlət və hökumət rəsmiləri müvafiq seçki məntəqələrində səs veriblər.

Seçicilər “Report”a müsahibələrində konstitusiyaya təklif edilən dəyişikliklərlə tanış olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, səsverməyə çıxarılmış dəyişiklikləri dəstəkləyirlər. Referendum ölkə tarixində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Türkiyədə 55 milyon 319 min 222 seçici qeydə alınıb. Referendumun gedişi və səslərin sayılması 10 partiya tərəfindən izlənilir.
Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da yekunlaşacaq.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın