Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə məşhur orkestrin çıxışı zamanı səhnəyə… it çıxdı

Türkiyədə məşhur orkestrin çıxışı zamanı səhnəyə… it çıxdı

Bütün dünyada məşhur Vyana kamera orkestrinin Türkiyədə çıxışı zamanı kuryoz hadisə yaşanıb.

Efes şəhərində təşkil olunan konsert zamanı qəfildən səhnəyə labrador cinsindən olan it çıxıb.

Azaraq yolunu itirən heyvan dirijorun qarşısında dayanıb. İrəli, ya geri getmək qərarını verə bilməyib bir müddət səhnədə vurnuxan it sonda skripkaçının qarşısında əyləşib.

Videoni özünün “Twitter” mikrobloquna məşhur türkiyəli pianoçu Fazil Say yerləşdirib. İtin səhnəyə çıxması izləyicilər tərəfindən gülüş və alqışlarla qarşılanıb.

Virtualaz.org

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın