Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / İqtisadiyyat / Türkiyədə koalisiya hökuməti qurmaq mümkün olmayıb – CANLI YAYIM

Türkiyədə koalisiya hökuməti qurmaq mümkün olmayıb – CANLI YAYIM

AKP və CHP sədrlərinin 3-cü görüşündə müsbət nəticə əldə edilməyib

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair növbəti görüş başa çatıb.
APA-nın xəbərinə görə, görüş 1,5 saat davam edib. İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib. Bir azdan Əhməd Davudoğlu jurnalistlərə açıqlama verməsi gözlənilir. O, görüşdə aparılan müzakirələr və nəticələr barədə məlumat verəcək. Ondan sonra isə Kamal Kılıcdaroğlunun açıqlama verəcəyi gözlənilir.
Bu, onlar arasında keçirilən 3-cü görüş idi.

Həmçinin oxuyun

“Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir”

“İqtisadiyyat naziri Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir. Burda maraq …

Bir cavab yazın