Ana səhifə / İqtisadiyyat / Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı alındı – FOTOLAR

Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı alındı – FOTOLAR

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra vəziyyət normallaşmamış ikinci çevrilişə cəhd olunub.

DHA bildirir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin Kayseri vilayətindəki Erkilet rayonunda yerləşən 12-ci aviabazasından havaya qalxan 8 hərbi-nəqliyyat təyyarəsi səhər Malatyanın Erhaç rayonundakı 7-ci aviabazaya eniblər. 2 Airbus A400M və 6 C-130 təyyarələrində yüksək rütbəli 39 zabit, çoxsaylı çavuş və əsgərlər, habelə silah-sursat və hərbi texnika olub.

Həmin hərbçilər Malatyadakı aviabazada F-4E 2020 qırıcı-bombardmançı təyyarələrni ələ keçirərək hərbi çevrilişin ikinci dalğasına başlamaq istəyiblər. Hətta təyyarələrə bomba və raketlər daşınıb.

Lakin Malatya valiliyi və polis idarəsi bundan xəbər tutan kimi aviabazaya polislər, habelə ARFF adlandırılan hava limanında xilasetmə və yanğınsöndürmə heyətləri yollayıblar.

Polislərlə ARFF heyətləri ağır yük maşınlarını uçuş-enmə zolaqlarına sürərək qırıcıların səmaya qalxmasının qarşısını alıblar. Eyni zamanda uçuş-enmə zolağı 12 bomba atılaraq sıradan çıxarılıb.

Aviabazada dövlət çevrilişinin ikinci dalğasını gerçəkləşdirmək istyənlərin həbsi ilə bağlı əməliyyat aparılıb. Tutulan 39 zabit arasında 12-ci aviabazanın komandanı, general-leytenant Cemal Akyıldız da var.

HHQ-nın polkovniki Erhan Baltaçıoğlu isə Kayseridə yaxalanıb.(milli.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın