Ana səhifə / İqtisadiyyat / Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekununda ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasını hökumətə tövsiyə edilməsinə dair qərar qəbul edilib.

“Anadolu” agentliyi xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən MTŞ iclasının yekununa dair bəyanatda qeyd edilir ki, hüquqi dövlətin, eləcə də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə səmərəli tədbirlərin həyata keçirilməsi məqsədi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılmalıdır.

MTŞ altısaatlıq iclasının iştirakçıları terror təşkilatları ilə mübarizənin davam edilməsində qətiyyət nümayiş etdiriblər. “Terror təşkilatları arasında heç bir fərq qoyulmayacaq. Eyni zamanda, bir sıra Aİ ölkələrinin PKK/PYD-YPG kimi terror təşkilatlarının fəaliyyətinə reaksiya verməmələri narahatçılıq yaradır. Terrorizm beynəlxalq siyasətin vasitəsi olmamalıdır”, – sənəddə deyilir.

Türkiyə hökumətinə MTŞ-nin daha bir tövsiyəsi iyul ayının 15-nin Demokratiya və azadlıq günü elan edilməsidir.

Həmçinin Suriya xalqına dəstəyin vacibliyi, Türkiyənin milli təhlükəsizliyinə təhdidin qarşısını almaq məqsədi ilə Suriyanın şimalında davam edən “Fərat qalxanı” əməliyyatının əsaslı olması vurğulanır.(oxu.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın