Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / İqtisadiyyat / Türkiyədə dolların bahalaşması Azərbaycana hansı formada təsir edə bilər?

Türkiyədə dolların bahalaşması Azərbaycana hansı formada təsir edə bilər?

“Türkiyədən Azərbaycana gətirilən mallar ucuzlaşmalıdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda qiymətdüşməsi real olaraq baş vermir”.

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

Ekpert bildirib ki, Türk lirəsi dollara nisbətən ucuzlaşıbsa, mahiyyət etibarilə oradan Azərbaycana gətirilən mallar daha ucuz qiymətə satılmalıdır: “Yəni Türkiyədən idxal Azərbaycana sərf eləməlidir. Misal üçün, Türkiyədə mənzillər ucuzlaşır və s. Bütün bunlara baxmayaraq Azərbaycanda qiymətdüşməsi real olaraq baş vermir. Buna səbəb isə ölkədə inhisarçılığın yüksək səviyyədə olmasıdır”.

Azər Mehdiyev Türkiyədə dolların məzənnəsinin bahalaşması nəticəsində kapital axını barədə  danışıb: “Belə olan halda Azərbaycandan Türkiyəyə doğru kapital axını baş verməlidir. Bizim hökumət kapital axınına kifayət qədər nəzarət edir. Yəni əgər bir axın reallaşarsa, bu, məmur sahibkarlığı səviyyəsində baş verə bilər”.

Qeyd: Türkiyədə dolların məzənnəsi 16%-dən çox bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib.

Həmçinin oxuyun

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari …