Cümə axşamı , May 23 2019
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.

Qaynarinfo-nun məlumatına görə, aprel ayında Azərbaycan vətəndaşları bu ölkədə 87 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 19 ədəd çoxdur.
Türkiyə Statistika Təşkilatının son hesabatına əsasən, ümumilikdə aprel ayında Türkiyədə 84,4 min daşınmaz əmlak obyekti satılıb. Məlumata görə, bunlardan 3,7 mini əcnəbi vətəndaşlar tərəfindən əldə olunub.

Həmçinin oxuyun

Banklar Bakı finalına görə 24 saat işləyəcək

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün …