Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha bir general həbs edildi

Türkiyədə daha bir general həbs edildi

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib.

“Hurriyet” xəbər verir ki, o, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb.

Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın