Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə dəhşətli terror aktı: Ölənlərin sayı 30 nəfərə çatdı – YENİLƏNİB 5, CANLI YAYIM

Türkiyədə dəhşətli terror aktı: Ölənlərin sayı 30 nəfərə çatdı – YENİLƏNİB 5, CANLI YAYIM

19:51
 
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbər görə, dəhşətli terror aktı nəticəsində ölənlərin sayı artıq 30-a çatıb. Ölü sayının daha da artacağı istisna edilmir.
 
*    *   *   *   *
 
Türkiyənin keçmiş prezidenti Abdullah Gül terror nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
Musavat.com xəbər verir ki, A. Gül Suruçda meydana gələn terrorla bağlı açıqlama verib.
A. Gül deyib: “Daha əvvəl diqqət çəkmək istədiyimiz mövzular bunlar idi. Ölənlərin yaxınlarına başsağlığı verirəm”.
16:21
Ankarada huriyyet.com saytına danışan təhlükəsizlik qaynaqları sərhədin digər tərəfində də bir partlayış olduğunu təsdiqləyib. Təhlükəsizlik qaynaqlarından bildirilib ki, digər partlayış Kobani rayonunun mərkəzində baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu qeyd edilib.
Kobanidəki partlayışın Suruçdakı partlayışla eyni anda meydana gəldiyi bildirilib.
16:09
Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayış barədə məlumatı  daxili işlər nazirindən aldığını bildirib. Bu barədə nazirliyin mətbuat mərkəzindən açıqlama verilib.
Açıqlamada bildirilir ki, baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Səbahəttin Öztürk, əmək və sosial müdafiyə naziri Faruk Çelik artıq partlayış baş verən bölgəyə gedib.
 
 
*    *    *    *    *
Türkiyənin Şanlıurfa vilayətində baş verən partlayışda ölü sayı get-gedə artmaqdadır. Bu dəqiqələrə olan məlumata görə hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.
100-dən çox adamın isə yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
HDP məclis üzvü Orxan Çələbi NTV kanalının canlı yayımına bağlanaraq partlayışla bağlı danışıb. O, partlayışın İŞİD tərəfindən törədildiyini dilə gətirib.
Bölgədəki rəsmi qaynaqlar isə bildirib ki, partlayışı 18 yaşlı gənc kamikadze qadın törədib.
*****
 
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzi qarşısında partlayış meydana gəlib. 
Musavat.com-un məlumatına görə, partlayışda azı 10 nəfər ölüb və yaralananlar var.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Bildirilib ki, mədəniyyət evinin yanındakı çay evinə bombalı hücum təşkil olunub. Hadisənin kamikadze tərəfindən törədildiyi iddia edilir.
Şahidlərdən biri qeyd edib ki, gənclər mətbuata açıqlama verərək Kobaniyə keçəcəkləri şərtləri bildirib: “Foto çəkməyə başlayırdım ki, şiddətli partlayış baş verdi. Çəsədlər hər yerə səpələndi. partlayış o dərəcədə şiddətli idi ki, cəsədlərin altında qaldıq”.
Qeyd edək ki, partlayışın baş verdiyi Suruç rayonu Suriya sərhədində yerləşir.
Aygün Səfərli, 
musavat.com

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın